00:00:00
Yazar
Elmira Ağayeva
21.04.2026 20:16 26 1 dəq oxuma
Siyasət

“Rusiya İranla bağlı diplomatik səylərin bərpasını gözləyir” - Sergey Lavrov

“Rusiya İranla bağlı diplomatik səylərin bərpasını gözləyir” - Sergey Lavrov

“Rusiya tərəfi İran ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı müsbət xəbərlər gözləyir və bu istiqamətdə diplomatik səylərin yenidən bərpa olunacağına ümid edir”-Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu Liviyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin vəzifəsini icra edən Taher əl-Baurla danışıqlar zamanı açılış nitqində deyib.

 

Nazir qeyd edib ki, hazırda əsas diqqət Fars Körfəzi bölgəsindəki böhrana yönəlib. Onun sözlərinə görə,bu, ABŞ və İsrailin İran İslam Respublikasına “təhrik olunmayan təcavüzü” nəticəsində yaranıb.

Lavrov vurğulayıb ki, həm Rusiya, həm də Liviya güc tətbiqinin dərhal dayandırılmasının və dayanıqlı siyasi-diplomatik prosesin qurulmasının tərəfdarıdır:

 

“Ümid edirik ki, hazırda daxil olan məlumatlar diplomatik səylərin bərpası baxımından müsbət olacaq. Çünki yalnız bu yolla mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və regiondakı bütün dövlətlərin, xüsusilə də Fars Körfəzindəki ərəb tərəfdaşlarımızın maraqlarını təmin etmək mümkündür”, – deyə o bildirib.

 

TASS

Nuray Əliyeva

 

#Rusiya #Liviya #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər