00:00:00
Yazar
Admin User
29.09.2025 18:45 105 3 dəq oxuma
Siyasət

“Rusiya istəmədikcə bu görüş baş tutmayacaq”

“Rusiya istəmədikcə bu görüş baş tutmayacaq”

Rusiya ilə danışıqları Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan, yaxud Avropadakı neytral ölkələrdə (Avstriya və İsveçrə) keçirə bilərik.


Mövzü ilə bağlı politoloq Əli Musatafa “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün ölkənin platformasının seçilməsi, məncə, bu gün üçün prinsipial məsələ deyil:

 

“Ən prinsipial məsələ odur ki, tərəflər bu danışıqları istəsinlər. Rusiya tərəfi danışıqları istəmir və ya elə şərtlər qoyur ki, o şərtlər daxilində bu danışıqların aparılmasına lüzum qalmır. Rusiyanın sonuncu mövqeyi bundan ibarətdir ki, rəsmi olaraq biz danışıqları istəyirik, amma bunun üçün əvvəlcə hazırlıq komissiyaları işləməlidir, ekspertlər müəyyənləşməlidir və s. Yəni bu o deməkdir ki, danışıqlar üçün hələ zaman lazımdır və ya mütləq hazırlıq mərhələsi olmalıdır. Maraqlı tərəf kimi daha çox Ukrayna tərəfi görünür. Ukrayna danışıqlarda hətta bəzən israrçı tərəf kimi də diqqəti cəlb edir. Amma Ukraynanın bu israrçı olmasının arxasında olan səbəblərdən ən vacibi odur ki, onlar əmindirlər. Rusiya bu danışıqlara getməyəcək. Ona görə də onlar danışıqlar tərəfdarı kimi görünmək üçün bu hazırlıqları israrla ifadə edirlər. Xüsusilə Tramp deyəndən sonra Ukraynasan çox ciddi korrektələr görünür. Zelenski artıq deyir ki, biz danışıqlara hazırıq, hətta ön şərt olmadan danışıqlara hazırıq. Sonuncu dəfə Rusiya yenə yeni bir məsələ yaradıb. O deyib ki, əgər Zelenski istəyirsə, gəlsin Moskvaya. Zelenski bəyan edib ki, Rusiya danışıqları istəmir, ona görə məni Moskvaya dəvət edir. İndi bu polemikaların sonunda Ukrayna yenidən sadiq olduğunu, görüşə hazır olduğunu bəyan etmək üçün konkret ölkələrin adlarını çəkir. Türkiyəni, Səudiyyəni, Qətəri və Qazaxıstanı göstərir. Eyni zamanda deyir ki, istəsə Avropada Avstriyada və İsveçrədə də görüşə bilərik. Onsuz da Türkiyə və İsveçrədə görüşlərin keçirilməsi praktika olaraq var. Hətta Birləşmiş Əmirlikdə də belə bir təcrübə mövcuddur. Yəni anlaşma odur ki, danışıqların harada keçirilməsi önəmli faktor deyil. Çünki danışıqların keçiriləcəyi yer yalnız coğrafi məkan olaraq seçilir. Əslində tərəf moderator olmur".

 

Həmçinin şərhçi qeyd edib ki, bu gün dünyada bu münaqişəni həll edəcək gücə malik ölkə yoxdur:

 

"ABŞ-də belə Tramp və Putin görüşüblər, amma nəticədə üçtərəfli görüş alınmayıb. Yəni Ukrayna–Rusiya danışıqları baş tutmayıb və savaş dayanmayıb. Deməli, moderator olmadığına görə və ümumiyyətlə hər iki tərəfə təsir gücünə malik dövlətin olmaması səbəbindən görüşlərin harada keçirilməsi elə bir nəticə doğurmur. Ukrayna və Rusiya üçün də bu önəmli deyil. Türkiyə əslində hər iki tərəf üçün məqbul bir platformadır, amma Türkiyə bu gün onların mövqeyinə təsir edə bilmir. Burada əsas faktor tərəflərin mövqeyidir. Konkret olaraq Rusiya istəmədikcə bu savaş dayanmayacaq. Rusiya istəmədikcə bu görüş baş tutmayacaq. Rusiyanın şərtləri isə elədir ki, hətta görüş olsa da, bu şərtlər çərçivəsində davam etmir. Çünki Rusiya bütün hallarda işğal olunmuş ərazilərin onda qalmasını istəyir, yəni Ukraynanın ərazi güzəştlərinə getməsini tələb edir. Ukraynanın isə belə bir niyyəti yoxdur. Ona görə də görüşlər nəticə yönümlü olmur və hələlik də bu proses nəticəsiz olaraq davam edir. Münaqişə davam edir. Dövlətlər, vasitəçi dövlətlər neytral davranırlar. Onsuz da neytral olmasalar, hər iki tərəf ora gəlməz. Amma bildiyim qədər bu da savaşın dayanmasına yetərli deyil”.


Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər