Rusiya Kiyevdə hökumət binasına hücum edib
Ukraynanın paytaxtı Kiyevdə hökümət binası gecə yarısı Rusiya hücumuna məruz qalıb.
Ukraynanın baş naziri Yuliya Sviridenko Facebook-da yazıb: “İlk dəfə hökumət binası, onun damı və yuxarı mərtəbələri düşmənin hücumu nəticəsində zədələnib”. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə hücumunu “qəddar” adlandırıb və “uyğun cavab” verəcəyini vəd edib. O, hücumlarda 4 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını açıqlayıb.
BBC
Həbibə Xankişiyeva