00:00:00
Yazar
Admin User
17.09.2025 18:46 87 1 dəq oxuma
Dünya

Rusiya Kupyanskı işğal edib?

Rusiya Kupyanskı işğal edib?

Rus ordusunun Kupyansk şəhərini işğal etməsi xəbəri yalandır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə "Dnepr" Əməliyyat-Strateji Qüvvələr Qrupunun sözçüsü, polkovnik-leytenant Aleksey Belski deyib.

 

O bildirib ki, hazırda şəhərin şimal hissəsində Kupyansk ərazisinə daxil olan işğalçıların qarşısının alınması və məhv edilməsi əməliyyatı aparılır:

 

"İşğalçılar Kupyanskın şimal kənarına soxulmazdan əvvəl Radkovka və Qolubovka yaşayış məntəqələri ərazisinə şəxsi heyət toplayıblar".

 

Onun sözlərinə görə, rusların bir hissəsi qaz kəməri ilə Radkovka ərazisinə daxil olub, lakin Müdafiə Qüvvələri onu zədələyərək saxlaya bilib. Buna görə də işğalçılar indi Oskol çayını qayıqlarla keçirlər və bir çoxu keçid zamanı artilleriya, minaatan və FPV pilotsuz təyyarələrdən istifadə etməklə məhv edilir.

 

Qeyd edək ki, bu gün Kupyansk şəhərinə rus ordusunun daxil olduğu xəbəri yayılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər