00:00:00
Yazar
Admin User
01.09.2025 12:15 78 1 dəq oxuma
Dünya

Rusiya Leyenin təyyarəsinin GPS-ni sıradan çıxarıb

Rusiya Leyenin təyyarəsinin GPS-ni sıradan çıxarıb

Bazar günü Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Bolqarıstanın Plovdiv şəhərinə aparan təyyarə GPS-in nasazlığı səbəbindən elektron naviqasiya avadanlığı olmadan qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbəyə istinadla məlumat yayıb.

 

“Bütün hava limanı ərazisində GPS deaktiv edilib. Buna görə də pilotlar təyyarəni kağız xəritə vasitəsilə endirə biliblər”, - mənbə bildirib. Adlarının açıqlanmasını istəməyən rəsmilər isə nəşrə bildiriblər ki, bu, Rusiyanın açıq-aşkar müdaxiləsi idi. Kreml isə Ursula fon der Leyeni daşıyan təyyarənin GPS sistemlərinin nasazlığında Rusiyanın əlinin olması ilə bağlı məlumatları təkzib edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər