Rusiya lideri Putin və Şimali Koreya lideri Kim Pekində görüşəcək
Çərşənbə günü Çində keçiriləcək nəhəng hərbi güc nümayişində nüvə raketləri və tanklar paytaxt Pekinin Tyananmen Meydanından keçəcək, beşinci nəsil qırıcı təyyarələr isə səmada süzüləcək.
Amma Çinin “Qələbə Günü” paradında diqqətlər sərgilənən hərbi texnologiyalara deyil, Dövlət Başçısı Si Cinpinin dəvəti ilə tədbirdə iştirak edəcək Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putinə yönələcək.
Hər iki lider son illərdə çox nadir hallarda ölkə xaricinə səfər edib. II Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə təşkil olunan bu tədbirdə iştirak etmələri isə, diqqəti hərbi texnalogiyalardan çox, üç liderin bir araya gəlməsində olacaq.
BBC News
İbrahimova Aytac