Rusiya Müdafiə Nazirliyi:Gecə ərzində 26 PUA məhv edilib
Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ötən gecə 26 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv edib. Bu barədə avqustun 27-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 15 PUA Rostov vilayəti üzərində, 4-ü Orlov vilayəti üzərində, 3-ü Belqorod vilayəti üzərində, 2-si Bryansk vilayəti üzərində, daha 2-si isə Kursk vilayəti üzərində zərərsizləşdirilib.
Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar bildirib ki, gecə saatlarında Rostov, Taqanroq, Novoşaxinsk, Neklinov, Miyasnikov, Millerovo və Çertkovo rayonlarında HHM qüvvələri pilotsuz aparatları məhv edib və neytrallaşdırıb.
Məlumatda deyilir ki, Rostovun mərkəzinə PUA hücumu nəticəsində ən azı yeddi çoxmənzilli yaşayış binası zərər görüb. Bir binanın damında yanğın da qeydə alınıb. Hücumdan sonra zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi elan olunub.
Anadolu Agency
Ayan Əsgərova