00:00:00
Yazar
Admin User
01.09.2025 15:24 65 1 dəq oxuma
Dünya

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 50 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 50 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə üzərində 50 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını bildirib.

 

“Gecə yarısından Moskva vaxtı ilə saat 05:00-dək hava hücumundan müdafiə vasitələri tərəfindən 50 Ukrayna istehsalı təyyarə tipli pilotsuz aparat məhv edilib və zərərsizləşdirilib”, – deyə qurum 1 sentyabr, bazar ertəsi Telegram kanalındakı paylaşımında qeyd edib.

 

Məlumata görə, onlardan 16-sı Qara dəniz üzərində, 12-si Belqorod vilayəti ərazisində, 7-si Azov dənizi üzərində, 4-ü Saratov vilayəti, 3-ü Samara vilayəti, 3-ü Orenburq vilayəti, 3-ü Tatarıstan Respublikası və 2-si Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.

 

PUA hücumları 2022-ci ildən etibarən, Ukraynada aparılan “xüsusi hərbi əməliyyat” fonunda Rusiya regionlarına qarşı intensivləşib.

 

Anadolu Agency

Ayan Əsgərova

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər