00:00:00
Yazar
Admin User
09.07.2025 16:37 105 3 dəq oxuma
Siyasət

“ Rusiya müxalifət qüvvələri Paşinyanı devirmək üçün dəstəkləyir”

“ Rusiya müxalifət qüvvələri Paşinyanı devirmək üçün dəstəkləyir”

"Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Biz Azərbaycanla danışıqlar aparırıq", - deyə Mirzoyan bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Mehman İsmayılov bildirir ki, Ermənistan indi çox çətin bir durumdadır:

 

“2020-ci ilin 44 günlük savaşından sonra ermənilər bir yalnış mövqe tutmuşdular. Çalışırdılar gözləsinlər ki, Güney Qafqazda yeni bir geosiyasi mənzərə yarana bilər. Rusiya Azərbaycan münasibətlərini pozmağa çalışdılar. İranla Azərbaycanla münasibətlərin bütün gücləri ilə neqativləşdirmək istədilər. İstədilər ki, İranla Azərbaycanla münasibətləri sonuna qədər pozulsun. O dövrdə Birləşmiş Ştatların administrasiyası demokratlar birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edirdilər. O dövrdə Avropa İttifaqı, xüsusilə Fransa Erminstana birmənalı şəkildə dəstək verirdi deyə Ermənistanın rəhbərliyi rezident diplomatiyası metodundan istifadə edib, hər zaman olduğu kimi sülh danışıqlarını imitasiya edirdilər. Konkret bir razılığa gəlmək istəmirdilər. Ancaq Paşinyanın Rusiyanın arzuolunan fiqur kimi qəbul edilməməsi, Rusiyanın Paşinyanın əleyhində dəstəklədiyi bütün qüvvələrin hamısının radikal bir şəkildə Paşinyanı devirmək istəmələri, hətta Paşinyanı terrorla hədələmələri, erməni kilsəsinin vasitəsilə Rusiyanın gecə gündüz paşinyanı siyasi səhnədən silmək planları və ya paşinyanı fiziki cəhətdən məhv etmək planları paşinyanı çox çətin bir vəziyyətə salıbdır. Ermənistanın daxilində Paşinyana qarşı Rusiyanın dəstəklədiyi terrorçu qruplaşmalar-Qarabağ caniləri, Qarabağdan çıxmış separatçılar bunlar hamısı Paşinyanı devirmək üçün Rusiyanın göstərdiyi cəhdlərdir. Erməni kilsəsi ilə Paşinyan arasında tarixi bir boğuşma gedir. Erməni kilsəsini bütün dünya erməniləri dəstəkləyirlər və erməni katalikosu ll Qaregin Rusiyanın xüsusi xidmət orqanlarının çox qiymətli bir agenti, casusu və canisidir”.


Həmçinin şərhçi qeyd edir ki, Paşinyan həm də Avropa İttifaqının dəstəyini itirməkdədir:

 

“Çünki Fransa əvvəlki aqressivliyi ilə Ermənistanı silahlandıra bilməz. Avropa indi öz vəziyyətinə baxır və Birləşmiş Ştatlarda yeni administrasiyanın gəlməsi və Trampın Rusiyaya göstərdiyi xeyli yumşaq və mehriban münasibət, Rusiyanın Ukraynada apardığı təcavüzkar heyətin artırıbdır. ABŞ indi “hər quzuya bir canavar göstərmək”siyasəti yürüdür. O səbəbdən də Rusiyanın təzyiqindən istifadə edib Avropadan tələb edir ki, siz ümum daxili məhsulunuzun beş faizi mütləq NATO-nun büdcəsinə keçirməlisiniz. Bu da o deməkdir ki, Amerika istəyir ki, Rusiya nə qədər təcavüzkar bir siyasət aparırsa, Avropanı və digər dövlətləri Ukraynanı özündən daha çox asılı eləsin. Belə bir şəraitdə nə ABŞ-nin Erməni adındakı bu gün bir nömrəli dərdi var, nə də Fransanın. Bilirsiniz ki, Avropada Böyük Britaniya Federativ Almaniya və Fransa bir hərbi ittifaq yaratmaq haqqında danışıqlar aparırlar. Belə bir vəziyyətdə xaricdən də bütün dəstəyini itirmiş Ermənistan vəziyyətə baxır və görür ki, Azərbaycandan və Türkiyədən başqa Ermənistanın sığına biləcəyi bir qüvvə yoxdur. Paşinyan anlayır ki, Rusiya Ermənistanın daxilindəki bütün özünə müxalifət deyən qüvvələrin hamısı Rusiya Paşinyanı devirmək üçün dəstəkləyir”.


Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər