00:00:00
Yazar
Admin User
09.10.2025 14:56 103 3 dəq oxuma
Siyasət

Rusiya mediasının “milyarder” adlandırdığı İbrahim Süleymanov həbs edilib

Rusiya mediasının “milyarder” adlandırdığı İbrahim Süleymanov həbs edilib

Moskva, 3 oktyabr — Rusiya mediasının məlumatına görə, Moskvanın Basman rayon məhkəməsi iş adamı, “milyarder” kimi tanınan İbrahim Süleymanov barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarına əsasən, o, 2 dekabr tarixinədək həbsdə saxlanılacaq.

 

Mövzu ilə bağlı politoloq Dmitri Solonnikov “İnformator.az”a bildirib ki, İbrahim Süleymanov heç bir elita qrupuna daxil deyildi, buna görə də maliyyə, sənaye və digər elita qrupları arasında daim mövcud olan rəqabətin və ya onların bir-biri ilə apardığı mübarizənin onun həbsi ilə heç bir əlaqəsi yoxdur:

 

“O, sadəcə olaraq böyük pullara sahib bir biznesmendir. Mətbuatın yazdıqlarına əsasən, o, bir sıra layihələrdə – az-çox diqqətçəkən layihələrdə iştirak edib. Bu layihələrdə isə qeyri-adi heç nə yoxdur, ölkə üçün strateji əhəmiyyət daşıyan layihələr də deyil. Yəni, kriminal keçmişi olan bir insandır. Elita qrupları isə, dünyanın hər yerində olduğu kimi, öz aralarındakı münasibətləri müstəqil şəkildə aydınlaşdırmağa davam edirlər, Süleymanov isə özü-özlüyündə bir fiqurdur. O, elita qruplarından heç kimi ifşa edə, kimisə sata və ya rəqiblərinə təzyiq göstərə bilmir— çünki onların heç biri ilə əlaqəsi yoxdur. Buna görə də onun həbsi ilə bağlı qeyri-adi heç nə yoxdur. Hazırda ölkə üzrə buna bənzər həbslər demək olar ki, hər həftə bir neçəsi baş verir. Bu da onlardan sadəcə biridir. Bir daha deyim ki, bu, elita qrupları arasında baş verən “hesablaşma” və ya siyasi qarşıdurma deyil. Hazırda həbslər kifayət qədər tez-tez baş verir, 10–20 il ərzində göz yumulan cinayət işləri indi açılır. Bu, keçmiş baş prokuror İqor Krasnovun fəal şəkildə həyata keçirdiyi siyasətdir. O, öz idarəsini yeni bir səviyyəyə çıxardı. İndi isə o, Ali Məhkəmənin sədri olub və görünür ki, onun varisi Aleksandr Qutsian da bu siyasəti davam etdirəcək. Bu prosesdə digər güc strukturları – FSB və Daxili İşlər Nazirliyi də fəal iştirak edir. Uzun illər diqqətdən kənarda qalan məsələlər indi cari siyasi fəaliyyətin bir hissəsinə çevrilib. Bu baxımdan, bəli, dövlət idarəetmə strukturlarının və güc orqanlarının işində müəyyən bir yenidən formalaşma gedir – bu, aydın görünür və belə də var. Amma bu, hansısa repressiv siyasi proses deyil; sadəcə, əvvəllər həyata keçirilməli olan, lakin yerinə yetirilməmiş işlərin indi qaydaya salınması və həyata keçirilməsidir. Söhbət Süleymanovun “Sirenotrav” layihəsində iştirakından yox, başqa məsələdən gedir — yəni şirkətin, serverlərin və məlumatların dost olmayan dövlətlərə köçürülməsi, Baltik ölkələrinə aparılması və oradan başlayan haker hücumları nəticəsində Rusiya Federasiyasının aviasiya sahəsinin normal fəaliyyətinin təhlükə altına düşməsindən. Bəli, bu, narahatlıq doğuran məsələdir. Amma bu, Süleymanovun şəxsən özünə yönəlmiş xüsusi diqqət və ya ani narahatlıq məsələsi deyil. Ümumiyyətlə, hakimiyyət orqanları hazırda strateji əhəmiyyət daşıyan şirkətlərin — o cümlədən İT sektorundakıların — ölkə nəzarət zonasında qalmasına xüsusi diqqət yetirirlər. Məqsəd, Rusiya üçün strateji baxımdan vacib olan şirkətlərin bu nəzarət zonası xaricinə çıxmasının qarşısını almaqdır.

Bu halda da, söhbət hansı sahədən getməsindən asılı olmayaraq — istər aviasiya, istərsə də İT — belə şirkətlər hər zaman xüsusi diqqət mərkəzində olacaqlar. Bəlkə bu, Süleymanova qarşı işin başlanması üçün birbaşa səbəb olmayıb, amma onun şirkətinin ölkədə müəyyən bir sahəni risk altına saldığı faktı diqqətdən kənarda qalmayıb. Buna görə də dərhal araşdırma başlanıb. Yenə də qeyd olunur ki, bu, dövlət orqanlarının fəaliyyətində qayda və nəzarətin bərpası ilə bağlı məsələdir. Hər kim ölkənin müəyyən bir sektorunun fəaliyyətini təhlükə altına qoyubsa, onlar diqqət mərkəzində olacaq və hadisələr üzrə ardıcıl istintaq aparılacaq”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər