00:00:00
Yazar
Admin User
01.10.2025 15:13 88 1 dəq oxuma
Siyasət

Rusiya Moldovada hakimiyyəti ələ keçirmək istəyib

Rusiya Moldovada hakimiyyəti ələ keçirmək istəyib

Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər, bunu Moldova Prezidenti Maya Sandu bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, hələ ki, Moldovada Qərb daha güclüdür:

 

"Maya Sandunun dediyi kimi, Moldova kiçik bir ölkədir. Demək olar ki, heç bir təbii sərvəti yoxdur, kasıb ölkədir və yalnız kənd təsərrüfatı hesabına ayaqda qala bilir. Burada sual yaranır: dənizə çıxışı olmayan, kasıb Moldova nəyə görə bu qədər önəmlidir ki, Avropa ilə Rusiya onun uğrunda mübarizə aparır? Əsas məsələ Moldovanın coğrafi mövqeyindədir. Rusiya Moldovaya nəzarət etməklə Avropanı da təzyiq altında saxlamaq istəyir. Avropanın isə məqsədi Rusiyanın bu planını pozmaqdır. Ona görə də seçkilərdə sanki Moldova siyasi partiyaları deyil, Rusiya ilə Avropa İttifaqı mübarizə aparırdı. Qeyd edim ki, Maya Sandunun partiyası seçkilərdə parlamentdə 51 yer qazanıb ki, bu da təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlükdür. Bir sözlə, hələ ki, Moldovada Qərb daha güclüdür".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər