00:00:00
Yazar
Admin User
01.04.2024 17:30 282 1 dəq oxuma
Dünya

Rusiya: Moskvada terror aktı üçün pul və silah təmin edən 4 şübhəli yaxalanıb

Rusiya: Moskvada terror aktı üçün pul və silah təmin edən 4 şübhəli yaxalanıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda keçirilən xüsusi əməliyyat nəticəsində Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını pul və silahla təmin etməkdə şübhəli bilinən 4 xarici vətəndaşın yaxalandığını bildirib.

 

Xidmətin yaydığı açıqlamada bildirilib ki, martın 31-də Rusiya Federasiyasının Dağıstan Respublikasında keçirilən əməliyyatla Kaspiysk şəhərində 4 xarici vətəndaşın terror aktı hazırladığı evə basqın edilib və onların hərəkətlərinin qarşısı alınıb.

 

Açıqlamada, “Saxlanılan silahlıların martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını törədənlərin maliyyə və silahla təmin edilməsində bilavasitə iştirak etdikləri də müəyyən edilib” ifadələrinə yer verilib.

 

Açıqlamada şübhəlilərin Dağıstanda sözügedən bölgədə kəşfiyyat apardıqları və bu şəxslərin hazırladıqları əldəqayırma partlayıcı maddələrin və avtomat silahların ələ keçirildiyi, şübhəlilərin terror aktından dərhal sonra Rusiyanı tərk etmək niyyətində olduqları bildirilib.

 

Zəhra Həsənova

Mənbə: TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər