Rusiya ordusu Nikolayevə raket zərbəsi endirib
Nikolayevdə gecə saatlarında baş verən hücum nəticəsində 7 nəfər xəsarət alıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Nikolayev Vilayət Administrasiyasının rəhbəri Vitaliy Kim məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 3 fərdi ev tamamilə dağılıb. Bundan əlavə, 23 fərdi ev, 12 çoxmənzilli bina, 6 avtomobil, poçt şöbəsi və bir tikinti materialları mağazası zədələnib.
Zərərçəkənlərdən dörd nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. 57 yaşlı və 74 yaşlı iki kişi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Daha bir şəxsə ambulator yardım göstərilib.