Rusiya paytaxtına dron hücumu həyata keçirilir
Moskva bürosu xəbər verir ki, paytaxtın cənub hissəsində güclü partlayış səsləri eşidilib. Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemləri tərəfindən dörd pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki,əslində Ukrayna silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Rusiya ərazisində həyata keçirdiyi əməliyyatlar 1ci və yaxud 2ci deyil:
"Çoxsaylı belə Rusiyanın müxtəlif regionlarında, xüsusilə hərbi bazalar və neft-qaz sənayesinin strateji obyektlərin hədəfə alınması və orada dronların partlayışı nəticəsində çoxsaylı obyektlərdə törədilən uğurlu əməliyyatlar kifayət qədərdir. Və bu gün Moskvaya iri miqyaslı belə bir hücümun həyata keçirilməsində də bu serialdan baxmaq lazımdır. Bu yeni bir mərhələ deyil. Bu elə uzun müddətdir ki, Ukrayna silahlı qüvvələrinin müharibəni Ukrayna coğrafiyasından çıxararaq Rusiyanın dərinliklərinə qədər genişləndirilməsi prosesinin tərkibi hissəsidir. Bunu sadəcə olaraq biz növbəti uğurlu əməliyyat kimi qiymətləndirə bilərik.
Şübhəsiz ki, ölkənin ayrı-ayrı regionlarından fərqli olaraq, paytaxtda çox rahatlıqla belə geniş bir dron kompaniyasının, hərbi əməliyyatın həyata keçirilməsi Rusiya ictimaiyyətində həm məyusluq, həm də öz dövlətinə, onun silahlı qüvvələrinə, xüsusilə, hava hücumundan müdafiə sisteminə etibar və inamın azaldılması ilə yadda qalacaqdır. Bu da istər-istəməz xalqı hazırki müharibədə dövlət rəhbərliyindən daha təsirli addımlar atmağa vadar edəcəkdir. Çünki Rusiya cəmiyyəti çox yaxşı bilir ki, bu müharibə Rusiya hakimiyyətinin başlatdığı bir müharibədir. Və müharibəni istədiyi nəticə ilə bitirə bilmirsə, məcburən dayandırmalıdır. Əks təqdirdə Ukrayna ordusu sübut edib ki, təkcə təhlükəsizlik Ukrayna üçün problem deyil, eyni zamanda Rusiya üçün, Rusiya vətəndaşlarının həyatı üçün ciddi təhdiddir. Və bu müharibədən heç kim sığortalanmayıb. Ona görə yaşanan hadisə Rusiya cəmiyyətində çox mənfi bir stratib formalaşdıracaqdır. Beynəlxalq güclərin bu prosesin gedişinə yanaşmasına gəldikdə isə onu qeyd edə bilərik ki, artıq Rusiyanın Ukraynaya qarşı apardığı əməliyyatları müxtəlif formalarda xəbərdarlıq edən Qərb bloku baş verən hadisələrdən Rusiyanın müharibəni dayandırması üçün narahatlıq tərkibli tələblərlə çıxış edəcəkdir".
Aişə Mustafayeva