Rusiya Polşanı hədəf almadığını bildirib
Rusiya Müdafiə Nazirliyi Polşada heç bir hədəfi vurmağı planlaşdırmadığını açıqlayıb. Bu bəyanat, Varşavanın rus pilotsuzlarının Polşa hava məkanına daxil olduğunu bildirməsindən sonra verilib.
Baş nazir Donald Tusk bildirib ki, 19 rus pilotsuzundan dördü Polşa və NATO qüvvələri tərəfindən vurulub. Bu, ilk dəfədir ki, Rusiya pilotsuzları NATO ərazisində məhv edilir. O, Polşanın İkinci Dünya Müharibəsindən bəri ən ciddi təhlükə ilə üzləşdiyini də vurğulayıb.
Böyük Britaniya isə NATO-nun Polşa üzərində hava müdafiəsini gücləndirməyi müzakirə edir. Məlumata görə, Polşaya daxil olan pilotsuzlar Rusiyanın Ukraynaya qarşı bir gecədə buraxdığı 415 aparatın bir hissəsi olub.
BBC
Türkan Kərimli