00:00:00
Yazar
Admin User
11.07.2025 17:15 104 1 dəq oxuma
Dünya

Rusiya Polşanın Kalininqrad Baş Konsulluğunu bağlamaq qərarı alıb

Rusiya Polşanın Kalininqrad Baş Konsulluğunu bağlamaq qərarı alıb

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Kalininqrad şəhərindəki Baş Konsulluğunun bağlanmasına dair qərar qəbul etdiyini bildirib.

Nazirliyin yaydığı açıqlamada, Polşanın may ayında Rusiyanın Krakov şəhərindəki Baş Konsulluğunu bağlamaq qərarı xatırladılıb.

Açıqlamada bu addım “düşməncəsinə” adlandırılıb və bununla əlaqədar Rusiyadakı Polşa işlər vəkilinin (maslahatgüzarının) Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

 

Bəyanatda bildirilib: “Böyükelçiyə, Polşanın Kalininqrad Baş Konsulluğunun fəaliyyətinə icazə verən qərarın 29 avqust tarixindən etibarən ləğv edildiyinə dair nota təqdim olunub. Ölkəmizə qarşı atılan istənilən düşmən addım cavabsız və nəticəsiz qalmayacaq”.

 

Polşanın Baş naziri Donald Tusk 11 may tarixində verdiyi açıqlamada, paytaxt Varşavadakı “Marywilska 44” adlı ticarət mərkəzində ötən il baş verən yanğının Rusiya kəşfiyyat orqanlarından təşkil olunan “qəsdən yandırma” olduğunu iddia edib.

 

Bundan sonra Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Rusiyanın Krakov Baş Konsulluğunu bağlamaq qərarı aldıqlarını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə Polşanın Rusiyaya yönəltdiyi ittihamları “əsassız” və “təhlükəli” adlandıraraq, “Bu, ölkəmizə qarşı dostyana olmayan yanaşmadır. Polşa bizə qarşı düşmən mövqeyi tutmağı seçib”,– deyə qeyd edib. 

 

 

TRT XƏBƏR 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər