00:00:00
Yazar
Admin User
30.08.2023 10:04 473 2 dəq oxuma
Dünya

Rusiya prezidentini səfərlərdən çəkindirən nədir?

Rusiya prezidentini səfərlərdən çəkindirən nədir?

  Rusiya Prezidenti Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bu səfər Putinin gündəmində deyil. Çünki Kreml rəhbəri hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə fokuslanıb. Maraqlıdır, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən 15-ci BRICS sammitində də iştirak etməyib. O, sadəcə videomüraciət göndərib. Bunların fonunda Rusiya dövlət başçısının son dövrlər səfərlərdə iştirak etməməsi müəyyən sualların yaranmasına səbəb olub. Rusiya prezidentini səfərlərdən çəkindirən nədir?

   Sonuncu dəfə 2022-ci ilin 9 dekabrında ölkə hühüdlarını tərk edən Rusiya dövlət başçısının ardıcıl olaraq iki böyük sammitə getməməsi Qərbdə maraq doğurub. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Vladimir Putin sadəcə qonşuluqda yerləşən dövlətlərə səfər edib. Son dövrlər isə, ümumiyyətlə həmkarları ilə videokonfrans vasitəsilə görüşüb. Bununla belə, Vladimir Putinin ölkə sərhədlərindən kənara çıxmamasının müəyyən səbəbləri var. İlk olaraq Beynəlxalq Cinayət Məhkəməsi Kreml rəhbərini Ukraynada hərbi cinayətlərdə ittiham edərək həbsinə order verib. Hətta Cənubi Afrika Respublikası Rusiya-Ukrayna müharibəsində birtərəfliyini qorusa da, ölkə məhkəməsinin Prezident Kiril Ramafosanın ifadəsinə dair ortaya çıxardığı məxfi sənədlər bunun tam əksini sübut edib. Orada Kiril Ramafosa Putini həbs etməyəcəyi təqdirdə ölkəsinin beyəlxalq arenada böyük təzyiqlərə məruz qalacağını deyib.

  Digər tərəfdən ekspertlər problemin əslində sadəcə həbs olunmaq qorxusundan qaynaqlanmadığını bildirirlər. Siyasi şərhçi Orxan Nəbiyevin fikrincə, Vladimir Putin artıq beynəlxalq arenadan təcrid olunub. “Biz görürük ki, Hindistan artıq qərb yönümlü siyasət yürüdür. MDB ölkələri, əsasən Qazaxıstan artıq Rusiyadan ayrılmağa cəhdlər göstərir. Tokayevin Rusiya Federasiyasındakı olan səfərlərdə Vladimir Putinə açıq olaraq tənqidi fikirləri, artıq Rusiya Federasiyasının prezidentı Vladimir Putini kənar, bir növ dünya liderləri camiyəsindən kənar bir vəziyyət salır. Bu səbəbdən də, media qarşısında, görüşlər qarşısında onunla əl sıxılmamasını, onunla ünsiyyətdə olunmamasını göstərməmək üçün Vladimir Putin bu səfərlərə getmir”.

   Vladimir Putinin Türkiyə səfərinin də bu səbəbdən təxirə salındığı deyilir. Belə ki, Kreml hələ iyulda Putinin avqustda Türkiyəyə gedəcəyini açıqlamışdı. Lakin sonradan məlum oldu ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda özü Rusiyaya səfər edəcək.

CAVİD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər