Rusiya qırıcıları Polşa və Estoniyanın hava məkanını pozub
Polşanın sərhəd xidməti Rusiyanın iki hərbi təyyarəsinin Baltik dənizindəki “Petrobaltik” adlı qazma platformasının təhlükəsizlik zonasına daxil olaraq aşağı hündürlükdə uçuş həyata keçirdiyini açıqlayıb.
"İnformator.az"xəbər verir ki, bu barədə Estoniya mediasında məlumat yayılıb.
Məlumatda təyyarələrin uçuşu nəticəsində platformanın təhlükəsizlik zonasının pozulması barədə Polşa Silahlı Qüvvələrinin məlumatlandırıldığı qeyd olunub.
Polşa rəsmiləri ölkənin təhlükəsizlik orqanlarının kritik dəniz infrastrukturunda, hətta Polşa ərazi sularından kənarda belə vəziyyəti daim nəzarətdə saxladığını bəyan ediblər.