Rusiya Qərbi Ukraynada hücumlar həyata keçirərkən 25 nəfər həlak olub
Gecə saatlarında Rusiya Qərbi Ukraynada geniş miqyaslı dron və raket hücumları həyata keçirərkən, NATO Polşa və Ruminiya hava məkanında döyüş təyyarələrini qaldırdı. Hücumlarda 25 nəfər həlak olub, onların arasında üç uşaq var.
Ruminiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya dronu hücum zamanı ölkə hava məkanına daxil olub. Ternopil şəhərindəki çoxmərtəbəli binalara zərbə endirilib, çoxsaylı insanlar yaralanıb. Şərqi Ukraynanın Xarkov şəhərində də dron zərbələr binaları zədələyib, bir neçə avtomobil yanıb.
Rumıniya və Polşanın NATO təyyarələri hava məkanını qorumaq üçün qaldırılıb. Bu hücum Prezident Volodimir Zelenskinin Türkiyəyə səfərindən və Türkiyə vasitəsilə Rusiya ilə sülh danışıqlarını yenidən aktivləşdirməyə çalışmasından bir neçə saat sonra baş verib.
Eyni zamanda, Rusiya bildirib ki, Ukraynanın atdığı dörd ABŞ istehsalı ATACMS uzaqmənzilli raketi ölkə daxilində vurulub. Raketlər Voronej şəhəri üzərində endirilib, Ukrayna sərhədindən təxminən 200 km məsafədədir.
Cnn News
Ədilə Hüseynzadə