00:00:00
Yazar
Admin User
29.09.2025 19:50 129 1 dəq oxuma
Dünya

Rusiya qətiyyətimizi sınamaq istəyir

Rusiya qətiyyətimizi sınamaq istəyir

Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir.

 

"İnformator.az" xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.

 

NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladan Y.Vadeful bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb.

 

“Hədəf bizim hava məkanlarımız, kritik infrastrukturumuz və müdafiəyə hazırlığımızdır”, - deyə Vadeful bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər