00:00:00
Yazar
Admin User
24.07.2023 07:47 295 2 dəq oxuma
Dünya

Rusiya rublu dəyərdən düşür

Rusiya rublu dəyərdən düşür

Qərbin Rusiyaya təzyiqləri öz nəticəsini verir. Rusiya milli valyutası dəyər itirməyə davam edir.

 

İnformator.az xəbər verir ki, Mərkəzi Bank və analitiklər inflyasiya riskinin yüksək olduğu ilə bağlı xəbərdarlıq edib. Bununla belə Kreml israrla vəziyyətin stabil olduğunu açıqlayır. Rusiyada rublun zəifləməsi ölkədə inflyasiya təhlükəsi yaradıb. Ötən il yüksək inflyasiya ilə üzləşən Rusiya Mərkəzi Bankı analoji vəziyyətin yaşanmaması üçün hərəkətə keçməyə məcbur olub. Belə ki, bank bir ildən artıq müddətdə ilk dəfə faiz dərəcəsini artırıb. Maliyyə institutunun bəyanatında deyilir ki, inflyasiya gözləntiləri artıb. Daxili tələb tendensiyaları və 2023-cü ilin əvvəlindən rublun ucuzlaşması proinflyasiya risklərini əhəmiyyətli dərəcədə gücləndirib. Uçot dərəcəsinin 7,5 faizdən 8,5 faizə qaldırılması analitiklərin gözləntilərini üstələyib.


Ölkənin statistika agentliyi Rosstatın məlumatına görə, iyunda Rusiyada inflyasiya 3,25 faiz təşkil edib. Qurumun məlumatına görə, sanksiyaların ölkə iqtisadiyyatına ağır zərbə vurmasının əlaməti kimi ölkənin ümumi daxili məhsulu 2023-cü ilin birinci rübündə 1,9 faiz azalıb. Ekspertlərin sözlərinə görə əsas istehsalçıların hasilatı azaltmasına baxmayaraq, neft qiymətlərinin nisbətən aşağı olması da rublun zəifləməsinə töhfə verə bilər.

 

Bununla belə Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmirti Peskov rublun zəifləməsinin ölkənin maliyyə sabitliyinə təhlükə yaratmadığını deyir. Peskov iddia edir ki, əksinə, vəziyyət proqnozlaşdırıla biləcəyindən daha yaxşıdır. Ancaq Böyük Britaniyanın "Capital Economics" tədqiqat qrupu da artımın gözləniləndən çox olduğunu təsdiqləyib. Onların fikrincə uçot dərəcəsinin qaldırılması, siyasətçilərin inflyasiya riskləri ilə bağlı narahatlığının əsas göstəricisidir.


Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumuna başlamasından bir neçə gün sonra Qərb Rusiya iqtisadiyyatını sanksiyalar atəşinə tutdu. Ötən ilin yazında inflyasiya 17,8 faiz həddinə çatdı. Maliyyə məhdudiyyətlərindən zərər görən mərkəzi bank uçot dərəcəsini 20 faizə qədər artırdı. Ancaq Rusiya iqtisadiyyatının dayanıqlılığına arxayın olan siyasətçilər 2022-ci ilin sentyabrından etibarən faiz dərəcəsini tədricən 7,5 faizə endirdilər.

Leyla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər