00:00:00
Yazar
Admin User
29.03.2024 18:53 322 1 dəq oxuma
Dünya

Rusiya səfiri: “ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır”

Rusiya səfiri: “ABŞ Ermənistanla münasibətlərə Rusiya ilə qarşıdurma kontekstində baxır”

“Vaşinqton İrəvanla münasibətlərə Moskva ilə qarşıdurma kontekstində baxır, bu, təhlükəlidir və Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərə ziyan vura bilər”.

 

Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

 

O bildirib ki, İrəvanla Moskvanın münasibətləri geniş qarşıdurma obyektinə çevrilir.

 

“Bu, çox pis, çox təhlükəlidir, əgər Ermənistan tərəfinin münasibətlərimizin bütün istiqamətlər üzrə müdafiəsini təşkil etmək üçün kifayət qədər siyasi iradə olmasa, bu, həqiqətən də münasibətlərimizə real ziyan vura bilər”, - deyə o əlavə edib.

 

Mənbə: TASS

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər