00:00:00
Yazar
Admin User
12.09.2025 15:41 107 2 dəq oxuma
Dünya

Rusiya səfiri İsveç XİN-ə çağırılıb

Rusiya səfiri İsveç XİN-ə çağırılıb

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini nazirliyə dəvət edib.

Nazirlikdən verilən məlumata görə, bu addım Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz əlaməti olaraq atılıb.

Qeyd edək ki, İsveç tərəfi hadisə ilə bağlı Rusiyadan izahat tələb edib.

 

Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Polşa hava məkanını pozması sentyabrın 10-da 19 dron hücumu ilə baş verib:

 

“Əslində Rusiya daha əvvəl də bir neçə dəfə hava məkanını pozub.Polşanın- ümumiyyətlə NATO-nun sərhədlərində pozulma olub. İndi bu hal açıq-aşkar və ciddi formada olub. Bu deməkdir ki, ciddi bir narazılıq var. NATO daxilində və NATO nizamnaməsinə görə NATO üzvlərindən birinə qarşı olan istənilən bir təhdid bütün üzvlərə qarşı olan təhdid olduğunu nəzərə alaraq İsveçin belə bir addım atması gərginlikdən xəbər verir, amma bu gərginlik pik həddə çatmaz”.

 

Politoloqun sözlərinə görə, Rusiya da bilir ki, NATO ilə bu dəqiqə başabaş gəlmək Rusiya üçün arzu olunmaz haldır və o potensialı yoxdur:

 

“Görünür ki, ABŞ özü birbaşa deyil digər dövlətlərin İsveç və digər ölkələrin əli ilə Rusiyaya mesaj ötürmək istəyir ki, yəni biraz ehtiyatlı olmaq lazımdır sonra başınıza problem ola bilər kimi mesaj verə bilər və bu hal təkcə hərbi deyil, həm də siyasi baxımından ciddi bir rezonans yarada bilər. Bu ehtimal da var. Bu da siyasi, iqtisadi, diplomatik müstəvidə də öz təsirini göstərə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər