00:00:00
Yazar
Admin User
28.08.2025 13:44 64 1 dəq oxuma
Dünya

Rusiya: Şimal Axını ilə bağlı istintaqın davam etməsi ümidvericidir

Rusiya: Şimal Axını ilə bağlı istintaqın davam etməsi ümidvericidir

Kreml sözçüsü Dmitri Peskov, 2022-ci ildə “Şimal Axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı aparılan istintaqda Rusiya ilə heç bir təmasın qurulmadığını bildirib. O deyib:

“İstintaqın hələ də davam etməsi, şübhəsiz ki, ümidvericidir və biz inanırıq ki, nəticəyə gətirib çıxaracaq”.

 

Paytaxt Moskvada jurnalistlərin gündəmdəki bəzi suallarını cavablandıran Peskov, İtaliya polisinin “Şimal Axını” qaz kəmərlərinə edilən sabotajla bağlı bir ukraynalı vətəndaşı şübhəli kimi saxlamasına da münasibət bildirib:

“Rusiya tərəfi ilə heç bir təmas qurulmayıb. Mən həmin terror aktının dərhal ardından Rusiyaya qarşı başladılan amansız ittihamları xatırlatmaq istəyirəm”.

 

O, bəzi Qərb rəsmilərinin və media qurumlarının Rusiyanı bu sabotajda ittiham etdiyini vurğulayıb:

“Rusiyanın bu terror hücumunun arxasında kimin ola biləcəyinə dair açıqlamalarından sonra edilən şərhləri də xatırlayırıq. İstintaqın davam etməsi isə şübhəsiz ki, ümidvericidir və bir nəticəyə bağlanacağına inanmaq istəyirik”,– deyə Peskov əlavə edib.

 

Haber Global 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər