“Rusiya sülh sazişinin mətnini hazırlamayıb”
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə münaqişəyə dair sualları cavablandırıb.
“İnformator.az" Ria Novosti-yə istinadən xəbər verir ki, Uşakov Ukraynadakı münaqişənin nizamlanmasına dair sazişin mətninin hələlik Rusiyanın hazırlanmadığını və ya razılaşdırılmadığını deyib.
“Biz bu barədə heç nə bilmirik, fikrimcə, heç kim sazişin mətnini hazırlamayıb. Bunu bizimlə heç kim razılaşdırmayıb və müzakirə etməyib", - o qeyd edib.