00:00:00
Yazar
Admin User
07.09.2025 06:25 79 1 dəq oxuma
Dünya

Rusiya sursatlarının 40%-i Şimalı Koreyadan gəlir

Rusiya sursatlarının 40%-i Şimalı Koreyadan gəlir

Rusiyanın müttəfiqləri var. Onlar artıq təcavüzkar ölkəyə cəbhə xəttində vəziyyəti dəyişməyə kömək edirlər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın istifadə etdiyi bütün sursatların ən azı 40 faizi Şimali Koreyada istehsal olunur.

 

“Bütün həcmin 40 faizi nə deməkdir? Siz təsəvvür edirsiniz, söhbət hansı rəqəmlərdən gedir?” – deyə o əlavə edib.

 

Budanov qeyd edib ki, ruslar silah istehsalını bacardıqları qədər artırıblar. Nəticədə, sursatların təxminən 60 faizini özləri təmin edirlər.

 

Eyni zamanda Budanov bildirib ki, Şimali Koreya belə bir dəstəyi azaltmayacaq. Bu, onun üçün maksimum faydalıdır.

 

O əlavə edib ki, KXDR Rusiyaya öz raketlərini göndərir, amma Rusiya raketlərinin istehsalında iştirak etmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər