00:00:00
Yazar
Admin User
29.08.2023 17:44 420 2 dəq oxuma
Dünya

RUSİYA -TÜRKİYƏ LİDERLƏRİNİN GÖRÜŞÜNÜN GÜNDƏLİYİ AÇIQLANDI

RUSİYA -TÜRKİYƏ LİDERLƏRİNİN GÖRÜŞÜNÜN GÜNDƏLİYİ AÇIQLANDI

   Artıq bir neçə gündür ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfər edəcəyinə dair xəbərlər dünya gündəminin əsasını təşkil edir. İddialara görə, Ərdoğan gələn həftə rusiyalı həmkarı ilə görüş planlaşdırır.

   Ankara və Moskvadan ard-arda gələn bəyanatlardan sonra səbirsizliklə gözlənilən Ərdoğan-Putin zirvəsi üçün geri sayım başladı. Qərbin əsas KİV-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Rusiyada Vladimir Putinlə görüş planlaşdırdığını yazır. Ziyarətin baş tutacağı tarixlə bağlı rəsmi məlumat olmasa da, görüşün təqviminə dair müxtəlif versiyalar səsləndirilir. İlkin ehtimallara görə, sözügedən səfər Hindistanda keçiriləcək G20 sammitindən əvvələ hesablanıb. Lakin BŞ-nin aparıcı maliyyə nəşrlərindən biri olan Bloomberg dəqiq tarix verərək Ərdoğan-Putin sammitinin sentyabrın 8-də Soçidə baş tutacağını tirajlayır. Media orqanının iddialarını dəstəkləyəcək fikir isə AK Parti sözçüsü Ömər Çelikdən gəlib. Onun “Prezidentimizin Soçiyə səfəri taxıl sazişində yeni mərhələ ola bilər” sözləri görüşün sentyabrın 8-i baş tutacağı ehtimallarını gücləndirir. İkilinin yaxın zamanda bir araya gələcəyinə dair iddiaları dəstəkləyən digər nüans isə Ərdoğanın Macarıstandan qayıdarkən sentyabrda "imkan olarsa" Rusiya prezidenti Vladimir Putinlə üz-üzə görüşəcəyini bildiriməsidir. Qlobal media orqanlarının əsas manşetlərində yer alan iddiaları şərh edən mütəxəssilər prezidentlərin sentyabrın ilk günlərində bir araya gəlmə ehtimalının yüksək olduğunu deyirlər. Siyasi şərhçi Hasan Oktay deyir ki, Soçidə olacaq görüş olduqca önəmlidir. “Düzdür, dəqiq tarix yoxdur. Amma Rusiyada görüş olacağı artıq dəqiqdir. Xəbərlər var ki, ayın 8-i olacaq. Amma biz sentyabrın 17-18-də olacağını düşünürük. Yəni BMT-nin iclasından əvvəl olacaq. Ərdoğan BMT-dəki danışığının təsirli olması üçün bundan əvvəl Rusiyaya səfər edəcək. Əvvəl Putinlə görüşəcək ki, çıxışı tutarlı olsun”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər