Rusiya-Ukrayna danışıqlarına ara verilib
Kreml Rusiya-Ukrayna danışıqlarına ara verildiyini açıqlayaraq, Avropanı sülh səylərini əngəlləməkdə ittiham edib.
Kreml bəyan edib ki, Rusiya danışıqlara açıqdır, lakin Avropa ölkələri Ukraynada sülhün təmin olunması istiqamətindəki cəhdləri maneə törədir.
Açıqlamada həmçinin bildirilib ki, Avropanın Rusiya-Belarus birgə “Zapad” hərbi təlimi ilə bağlı narahatlıqları “Rusiyaya qarşı düşmənçiliyə əsaslanan emosional reaksiyalardır”. Kreml əlavə edib ki, Rusiya Avropa üçün heç bir təhdid təşkil etmir.
TRT Haber
Səadət Əlizadə