Rusiya–Ukrayna danışıqlarının səviyyəsi yüksəldilsə, İstanbul formatı davam etməlidir
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların səviyyəsi yüksəldildiyi təqdirdə işlər İstanbul formatında davam etməlidir.
Peskov, “Ria” xəbər agentliyinə verdiyi müsahibədə gündəmdəki mövzulara dair fikirlərini bölüşüb.
Qərbdə “Könüllülər Koalisiyası” ölkələrinin Ukraynada təhlükəsizlik zəmanəti üçün bu ölkəyə hərbi qüvvə yerləşdirmə cəhdləri ilə bağlı danışan Peskov, xarici hərbi birliklərin Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyini və bunun Rusiyaya uyğun olmayacağını vurğulayıb.
Peskov deyib: “Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də bizə təmin edilməlidir”.
TRT XƏBƏR
Lalə Qurbanlı