00:00:00
Yazar
Admin User
28.08.2025 11:40 91 1 dəq oxuma
Dünya

Rusiya Ukrayna gəmisini batırıb

Rusiya Ukrayna gəmisini batırıb

Ukraynanın “Simferopol” orta kəşfiyyat gəmisi Dunay çayının mənsəbində Rusiyaya məxsus dəniz dronu vasitəsilə batırılıb.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus orta ölçülü “Simferopol” kəşfiyyat gəmisi sürətli dəniz dronu ilə Dunay çayının mənsəbində vurulub. Hücum nəticəsində Ukrayna gəmisi batıb”, - məlumatda qeyd olunub.


Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin hücuma məruz qalmasını təsdiq edib. Bildirilib ki, hücum nəticəsində 1 nəfər həlak olub. Gəminin batması barədə məlumat verilməyib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər