00:00:00
Yazar
Admin User
21.08.2025 06:55 84 1 dəq oxuma
Dünya

Rusiya Ukraynada ABŞ-yə məxsus müəssisəni hədəf alıb

Rusiya Ukraynada ABŞ-yə məxsus müəssisəni hədəf alıb

Rusiya Ukraynada Amerikaya məxsus elektronik məhsullar istehsal edən müəssisəyə hücum edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat paylaşıb.

 

Onun sözlərinə görə, bu müəssisə tamamilə mülki məqsədlər üçün fəaliyyət göstərib və heç bir hərbi səciyyəyə malik olmayıb.

 

Sibiqa bu hücumun Ukraynada Amerika maraqlarına qarşı ilk hücum olmadığını bəyan edib və bu ilin əvvəlində Kiyevdə “Boeing” ofisinin hədəfə alınmasını xatırladıb.


Ukrayna XİN rəhbəri ölkəsinin havadan müdafiə sistemlərinin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər