Rusiya: Ukraynanın hərbi və enerji obyektlərinə kütləvi zərbə endirilib
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın Rusiyanın mülki obyektlərinə hücumlarına cavab olaraq gecə saatlarında Ukraynanın hərbi-sənaye müəssisələri, enerji, nəqliyyat və liman infrastrukturu yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə vurulub. Nazirlik əməliyyat zamanı bütün hədəflərin məhv edildiyini açıqlayıb.
Məlumata görə, son 24 saat ərzində Ukrayna ordusu cəbhə xətti boyunca təxminən 1075 hərbçi itirib. Ən ağır itkilərin Rusiyanın “Mərkəz” və “Şərq” qoşun qruplarının məsuliyyət zonalarında qeydə alındığı bildirilib.
Rusiya həmçinin Sumı, Xarkov və Donetsk istiqamətlərində Ukrayna qüvvələrinin canlı qüvvə və texnikasına zərbələr endirdiyini açıqlayıb.
Tass
Ədilə Hüseynzadə