00:00:00
Yazar
Admin User
30.08.2025 13:54 99 1 dəq oxuma
Dünya

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79%-nə nəzarət edir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

 

O bildirib ki, Luqanskı tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb. V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi - Zaporojye vilayətinin 74%-i və Xerson vilayətinin 76%-i Rusiya qüvvələrinin nəzarəti altındadır. Baş Qərargah rəisi həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sum vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər