00:00:00
Yazar
Admin User
03.10.2025 18:53 89 1 dəq oxuma
Dünya

Rusiya Ukraynanın qaz infrastrukturuna kütləvi zərbə endirib

Rusiya Ukraynanın qaz infrastrukturuna kütləvi zərbə endirib

Rusiya ordusu ötən gecə Ukraynanın “Naftoqaz” dövlət qaz və neft şirkətinin Xarkov və Poltava bölgələrindəki obyektlərinə 35 raket və 60 pilotsuz uçuş aparatı ilə hücum edib. Bu barədə şirkətin baş direktoru Sergey Koretski “Facebook” səhifəsində məlumat verib.

 

Onun sözlərinə görə, hücum nəticəsində obyektlərin böyük hissəsi zədələnib:

“Bu hücum müharibə başlayandan bəri ‘Naftoqaz’ müəssisələrinə edilən ən böyük zərbədir. Obyektlərimizin əhəmiyyətli hissəsi dağıdılıb, bəzi zərərlər isə kritik xarakter daşıyır. Bu hücumun heç bir hərbi məqsədi yoxdur, yalnız qış mövsümündə ukraynalıları istiliksiz qoymaq məqsədi daşıyır".

 

Rusiya Müdafiə Nazirliyi isə hücumları təsdiqləyərək, Ukraynanın qaz və enerji infrastrukturuna, həmçinin hərbi-sənaye obyektlərinə kütləvi zərbələr endirildiyini açıqlayıb.

 

Ukrayna qaz təchizatında mümkün fasilələrdən narahat olduğu üçün idxalı artırıb və oktyabrın ortalarına qədər 13,2 milyard kubmetr qaz ehtiyatı toplamağı planlaşdırır. Bunun 4,6 milyard kubmetri idxal olunmuş qaz olacaq.

 

Qeyd edək ki, Rusiyanın bu ilin əvvəlində həyata keçirdiyi zərbələr Ukraynada qaz hasilatını 40% azaldıb.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər