00:00:00
Yazar
Admin User
11.09.2025 16:41 91 1 dəq oxuma
Dünya

Rusiya və Belarus “Qərb-2025” təlimlərinə başlayır

Rusiya və Belarus “Qərb-2025” təlimlərinə başlayır

Rusiya və Belarus cümə günü birgə hərbi təlimlərə başlayacaq. Bu həftənin əvvəlində Polşa “Qərb-2025” təlimləri zamanı sərhədi Belarusla bağlayacağını elan edib və onları “çox aqressiv” adlandırıb. Çərşənbə günü isə Rusiya pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozub.

 

Ukrayna Prezidentinin sözlərinə görə, çərşənbə gecəsi Polşa ərazisinə daxil olan 19 Rusiya PUA-sından azı bir neçəsi Belarus üzərindən göndərilib.

“Gecə Polşa ərazisinə daxil olan azı iki Rusiya PUA-sı Belarusun hava məkanından istifadə edib, – deyə Vladimir Zelenski bildirib. – Ümumilikdə isə Ukrayna ilə Belarus sərhədi boyunca bir neçə onlarla Rusiya PUA-sı hərəkət edib”.

 

Zelenskinin sözlərinə görə, Kiyev hazırda PUA-ların növlərini və Rusiya hücumunun detalları araşdırır və səmada etibarlı müdafiə üçün tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır.

 

Euronews

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər