Rusiya və İran nüvə proqramı üzrə daim təmasdadır
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Tehran İranın nüvə proqramı ilə bağlı daimi təmasdadır.
Bu fikirləri o, Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə səsləndirib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunub. Tərəflər həmçinin regional və qlobal gərginlik fonunda Rusiya və İranın çoxşaxəli platformalarda, o cümlədən ŞƏT-də, daha fəal rol oynamaq niyyətini vurğulayıblar.
ANEWZ
Güllər Gülhüseynova