00:00:00
Yazar
Admin User
10.09.2025 15:12 95 1 dəq oxuma
Dünya

Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini müzakirə edib

Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini müzakirə edib

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin və İranın yol və şəhərsalma nazirinin müavini Huştanq Bazvand Rəşt - Astara dəmir yolunun tikintisini müzakirə ediblər.

 

"İnformator" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

"Bu layihə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas elementlərindən biri və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizinin işinin mühüm hissəsidir. Layihənin həyata keçirilməsinə həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir", - A.Nikitin vurğulayıb.

 

Dəmir yolunun bu hissənin tikintisi "Şimal – Cənub" dəhlizi boyunca yük axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

 

Tərəflər həmçinin layihənin uğurla həyata keçirilməsi üçün gələcək əməkdaşlığa, təcrübə mübadiləsinə və fəaliyyətlərin əlaqələndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər