00:00:00
Yazar
Səadət Əlizadə
12.10.2026 21:05 27 2 dəq oxuma
Siyasət

Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb

Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Rusiya və Ukrayna enerji obyektlərinə hücumları qarşılıqlı dayandırmaq barədə razılığa gəliblər. Tramp enerji atəşkəsinin qüvvəyə mindiyini açıqlayaraq tərəfləri razılaşmanı pozmamağa çağırıb.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşı atəşkəs elan edilməsi ilə bağlı verdiyi açıqlamada nə qədər real və həqiqətə söykəndiyini demək çətindir: 

 

“Çünki məsələyə fərqli yanaşmalar mövcuddur. Ukrayna tərəfi qarşılıqlı şəkildə enerji obyektlərinə zərbələrin dayandırılması ideyasını dəstəkləyir və atəşkəsə razılıq verir.  
Əlbəttə ki, belə bir atəşkəs baş tutarsa və enerji obeyektləri hədəfə alınmazsa, bu, mülki əhali üçün təhlükəsizlik baxımından uyğun olar. Xüsusən də qarşıdan qışın gəldiyini və hər iki ölkədə kifayət qədər sərt iqlim şəraitinin hökm sürdüyünü nəzərə alsaq, əhali ən azından soyuqdan əziyyət çəkməz”.

 


Müsahibin sözlərinə görə, enerji atəşkəsinin digər istiqamətlərə təsirinə gəldikdə isə, bu addım baş tutarsa, öz-özlüyündə müsbət hal kimi dəyərləndirilə bilər:

 

“Əks halda, bu, sadəcə növbəti bir ritorika olaraq qalacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, indi belə bir atəşkəsin baş verməsi  gələcəkdə digər atəşkəslər üçün də müəyyən zəmin yaratmaq ehtimalını özündə ehtiva edir”.


Politoloq qeyd edib ki, hazırda ölkələrin mövqeyinə baxdıqda, belə bir istəyi real şəkildə hələlik görmürük:


“Xüsusən də Trampın Putinlə son anlaşması və Rusiya dizelinə tətbiq olunan qadağaların götürülməsi faktiki olaraq Rusiyanın gələcəkdəki təcavüzkar planlarını davam etdirməsi üçün bir stimul xarakteri daşıya bilər.  
Yekun olaraq, enerji atəşkəsi ilə bağlı Trampın mövqeyinə Rusiyanın hələlik konkret bir cavabın gəldiyi məlum deyildir”.



Aysu Abbasova

#razılaşıb #ukrayna #yeni #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər