00:00:00
Yazar
Admin User
15.11.2025 18:20 138 1 dəq oxuma
Dünya

Rusiya və Ukrayna razılaşıb: Danışıqlar aktivləşdirilir

Rusiya və Ukrayna razılaşıb: Danışıqlar aktivləşdirilir

Ukrayna və Rusiya əsirlərin mübadiləsini bərpa etmək üçün məsləhətləşmələr aparacaq.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov öz Teleqram kanalında paylaşm edib.

 

“Ukrayna prezidentinin tapşırığına əsasən, mən bu yaxınlarda Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) tərəfdaşların vasitəçiliyi ilə əsir mübadiləsi prosesinin bərpası və saxlanılan şəxslərin geri verilməsi üçün məsləhətləşmələr apardım.

 

Söhbət 1200 ukraynalının azad edilməsindən gedir. Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər. Yaxın vaxtlarda texniki məsləhətləşmələr keçiriləcək. Onlar bütün prosedur və təşkilati aspektləri həll etməlidirlər”, - deyə Umerov qeyd edib.

 

Umerov həmçinin bildirib ki, əsirlikdən qayıtmalı olan ukraynalıların Yeni il və Milad bayramlarını evdə və yaxınlarının yanında qarşılaması üçün fasiləsiz çalışırıq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər