Rusiya WhatsApp və Telegram-da səsli zəngləri bloklayıb
Rusiya “WhatsApp” və “Telegram”da səsli zəngləri məhdudlaşdırıb. Roskomnadzor bunu cinayət və təxribatla mübarizə üçün zəruri addım adlandırır və hər iki platformanın fırıldaqçılıq, təxribat və terror məqsədləri ilə istifadə olunduğunu bildirir.
Məhdudiyyətlər WhatsApp-ın 96 milyon, Telegram-ın isə 89 milyondan çox istifadəçisinə təsir edəcək, zənglər yalnız Rusiya qanunvericiliyinə əməl olunduqdan sonra bərpa ediləcək.
Rəsmi olaraq yalnız səsli zənglərin bloklandığı açıqlansa da, istifadəçilər video zənglərin də təsirləndiyini deyir. Moskva 2022-ci ildən internetə nəzarəti gücləndirir və “Max” adlı yerli messenceri xarici xidmətlərin əvəzləyicisi kimi təqdim etməyi planlaşdırır. WhatsApp hökumətin təhlükəsiz ünsiyyət hüququna müdaxiləsinə qarşı çıxdığını bildirib. Telegram isə təxribat, zorakılıq və fırıldaqçılıq məzmunları ilə mübarizə apardığını, hər gün milyonlarla zərərli paylaşımı sildiyini açıqlayıb.
Mənbə: All Jazeera
Qəmər Kazımzadə