Rusiyada azərbaycanlı iş adamı yenidən saxlanılıb
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin edilib.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.