00:00:00
Yazar
Admin User
01.09.2025 07:30 102 1 dəq oxuma
Dünya

Rusiyada benzin qıtlığı

Rusiyada benzin qıtlığı

Rusiyanın yanacaq böhranı Kremlin işğal etdiyi ərazilərə də təsir edib. Luqansk vilayətində Aİ-92 və Aİ-95 markalı benzinlər yanacaqdoldurma məntəqələrindən yoxa çıxıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

“Luqansk administrasiyası” iddia edir ki, benzin çatışmazlığı tədarükün kəsilməsi və son iki həftə ərzində müşahidə olunan yanacağa tələbatının artması ilə bağlıdır.

 

Məlumata görə, iki həftə əvvəl yerli yanacaqdoldurma məntəqələrində benzin qıtlığı yaranıb:

 

“Hər yerdə və həmişə benzin doldura bilməzsən. Yanacaq çox vaxt yalnız hüquqi şəxslərə talonla satılıb. Yerli əhali deyir ki, Aİ-95 markalı benzini hardasa tapmaq olar, amma onu da 20 litrdən artıq vermirlər”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər