Rusiyada təyyarə qəzaya uğrayıb, hər iki pilot ölüb
"An-2" təyyarəsi Rusiyanın Krasnoyarsk diyarında qəzaya uğrayıb, hər iki pilotu həlak olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin məlumatında deyilir.
"Göyərtədə olan iki pilot həlak olub, təyyarə yararsız hala düşüb", - məlumatda qeyd olunub.