00:00:00
Yazar
Admin User
27.08.2025 12:54 82 1 dəq oxuma
Dünya

Rusiyada yanacaq böhranı

Rusiyada yanacaq böhranı

Rusiyanın bir sıra regionlarında yanacaq böhranı davam edir. Təəssüf ki, neft emalı müəssisələrimizə hücumlar dayanmır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” kanalı yazıb:

 

“Təəssüf ki, cənubda real yanacaq vəziyyəti kritik həddə yaxınlaşır. Krım, Rostov vilayətində böyük problemlər yaranıb. Krasnodar diyarındakı yanacaqdoldurma məntəqələrində benzin ehtiyatları azalır. Bəzi rayonlarda artıq növbələr yaranıb, “qara bazar” yaranır, məhdudiyyətlər tətbiq olunur”.

 

Qeyd olunub ki, Ukrayna neftayırma zavodları və digər mühüm obyektlərə zərbələri dayandırmasa, bütün sentyabr ayı böhran ayı olacaq və bütün məhsul və xidmətlərin qiymətləri artacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər