Rusiyadan Gürcüstana ağır şərt
“Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında birbaşa dialoq Tbilisinin Sxinvaliyə təcavüzü faktını tanıması fonunda irəliləyə bilər”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinə hərbi müdaxiləsinin ildönümü barədə danışarkən deyib.
“Gürcüstan hakimiyyətinin keçmiş prezident Mixeil Saakaşvilinin Cənubi Osetiyaya qarşı son bir ildə təcavüz faktını ictimaiyyət tərəfindən tanınması, o cümlədən abxazlar və osetinlərlə barışığın zəruriliyi ilə bağlı bəyanatları fonunda Cenevrə razılaşmaları çərçivəsində danışıqlarda irəliləyiş ehtimalı var. Gürcüstan rəhbərliyinin bu açıqlamalarının Tbilisinin Suxumi və Sxinvali ilə münasibətlərin qurulmasına yanaşmalarında həlledici rol oynaması, həmçinin konkret praktiki addımlara çevrilməsi vacibdir”, - diplomat bildirib.