Rusiyalı deplomat Polşa XİN-ə çağırılıb
Polşa Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulması faktına görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı nazirliyə dəvət edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Polşa XİN-in sözçüsü Pavel Vronski açıqlayıb.
Görüşdən sonra rus diplomat jurnalistlərə açıqlamasında qeyd edib ki, Polşa Rusiya ilə gərginliyin artmasında maraqlı deyil.