00:00:00
Yazar
Admin User
16.02.2024 17:19 388 1 dəq oxuma
Dünya

Rusiyalı müxalifət lideri həbsxanada öldü

Rusiyalı müxalifət lideri həbsxanada öldü

Rusiya prezidenti Vladimir Putinin önəmli əleyhdarlarından olan Aleksey Navalninin xəstələnərək həbsxanada öldüyü bildirilib.

 

Rus həbsxana rəsmiləri,Navalninin gəzintiyə çıxdıqdan sonra xəstələndiyini və huşunu itirdiyini, həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını və dünyasını dəyişdiyini qeyd edib. Kremlin sözçüsü Dmitri Peskov həbsxana rəsmilərinin Navalninin ölümü ilə bağlı bütün araşdırmaları apardığını bildirib. Reuters xəbər agentliyinin məlumatına görə, Navalninin sözçüsü Kira Yarmış onun ölüm xəbərini təsdiq edə bilmədiklərini, lakin Navalninin vəkilinin həbsxanaya yollandığını qeyd edib.

 

47 yaşlı müxalifət lideri, 2021-ci ildən bəri uzaq ərazidə yerləşən həbsxanada saxlanılırdı. Navalninin 19 il həbs cəzası var idi.

 

Navalninin saxlandığı İK-3 “Qütb canavarı” adlı həbsxanası Moskvadan 1900 kilometr şimal-şərqdə yerləşir. Aleksey Navalni əvvəllər bir neçə dəfə qısamüddətli həbsdə olub. Sonuncu dəfə icazəsiz nümayiş təşkil etdiyi üçün 2019-cu ilin iyulunda 30 sutka həbs cəzası alan Navalni həbsxanada dermatit xəstəliyinə tutulub və həkimi müxalifət liderinin zəhərlənmiş olabiləcəyini bildirib. O, 2020-ci ilin avqustunda Moskvaya getdiyi təyyarədə pisləşib və müalicə üçün Almaniyaya aparılıb və hava limanında içdiyi çaydan zəhərlənmiş olabiləcəyi açıqlanıb. 2021-ci ildə sağaldıqdan sonra saxlanıla biləcəyi xəbərdarlığına baxmayaraq, Navalni Rusiyaya qayıdıb və Moskvanın Vnukovo hava limanına ayaq basan kimi saxlanılıb.

 

Aytac Kərimova 

Mənbə: BBCNews

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər