00:00:00
Yazar
Admin User
27.08.2025 17:22 58 1 dəq oxuma
Dünya

Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açılıb

Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açılıb

Tehran Şəhər Prokurorluğu İranın Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.

"İnformator.az" xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Onun Rusiya ilə bağlı açıqlaması hüquqi araşdırmaya səbəb olub.

Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.

Xatırladaq ki, sabiq diplomat internet üzərindən yayımlanan verilişlərin birində Rusiya ilə bağlı iddialar səsləndirib. O, Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər