Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edilib
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 141 PUA vurub, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,ilin sonuna doğru hər iki tərəf cəbhədə fəallaşmağa başlayıb:
"Həm cəbhə xətti boyunca, həm də dərinliklərdə müxtəlif strateji hədəflərin vurulması ilə hücumların intensivliyi artıb. Son dron hücumları da məhz bu aktivliyin nəticəsidir.Cəbhə xəttinə nəzər salsaq, əsas döyüşlərin hazırda Kupyansk istiqamətində getdiyini demək olar. Şəhər uğrunda əvvəlcə Rusiya tərəfi həmlələr etdi, hətta onun işğal edilməsi ilə bağlı xəbərlər də yayıldı. Lakin son günlərdə bu bölgədə Rusiya ordusu ciddi itkilər verir və Ukrayna Silahlı Qüvvələri irəliləməyə başlayır.Ukrayna bununla kifayətlənmir, paytaxt Moskva da daxil olmaqla bir sıra Rusiya şəhərlərinə dron hücumları təşkil edir. Bu hücumlar, şübhəsiz ki, tərəflərin danışıqlar masasında daha güclü mövqe tutmaq cəhdləri ilə də bağlıdır".
Qəmər Kazımzadə
