00:00:00
Yazar
Admin User
03.10.2025 04:55 157 2 dəq oxuma
Siyasət

Rusiyanın 7 vilayətinə PUA hücumu edilib

Rusiyanın 7 vilayətinə PUA hücumu edilib

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 85 PUA vurub.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Voronejdə 38, Krımda 13, Belqorodda 11, Saratovda 10, Rostovda 7, Volqoqradda 4, Penzada isə 2 PUA zərərsizləşdirilib.


Mövzu ilə bağlı hərbi jurnalist Heydər Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, hər iki tərəfdə pilotsuz uçuş aparatlarının istifadəsinin intensivliyi artır:


“Məsələn, götürək Rusiya tərəfini — fevral ayında bir gecə ərzində 100-dən artıq pilotsuz uçuş aparatı istifadə olunub; o zaman bu, həmin ayın rekordu sayılıb. İndi isə bu rekorddan 7–8 dəfə artıq yaxın saylar müşahidə olunur — gecələr hər iki tərəfdən qəfil minə yaxın pilotsuz aparat istifadə edilir. Yəni həm Rusiya, həm də Ukrayna üçün yüzlərlə pilotsuz aparatın istifadəsi adi hal alıb və bu rəqəm get-gedə artır.


Bu trendin bir səbəbi də odur ki, bu müharibədə pilotsuz aparatların kütləvi istifadəsi əvvəllər də müşahidə olunub — məsələn, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bu tip kütləvi əməliyyatlarını görmüşdük. 2016-cı ilin aprelində də ilk istifadə nümunələri vardı, amma indiki miqyas həm texnika, həm də insan resursu baxımından Azərbaycan və Qafqazdan qat-qat böyük olan Ukrayna cəbhəsində daha genişdir. Buna görə də orada hər iki tərəfin istifadə etdiyi texnikanın, o cümlədən pilotsuz aparatların sayı sürətlə artır”.


Heydər Mirzə açıqlamasında qeyd edib ki, Ukrayna tərəfinin son aylarda bu aparatları daha çox istifadə etməsinin səbəblərindən biri də siyasi və hərbi yardımın dəyişməsidir:


“Donald Tramp administrasiyasından sonra Ukrayna ilə ABŞ və Avropa müttəfiqləri arasında müəyyən siyasi gərginliklər oldu və Co Bayden dövründə bəzi tip raketlər — Rusiyanın dərinliyinə zərbə endirə biləcək raketlər — Ukraynaya çatdırılmayıb. İndi isə ABŞ yeni qərarlar qəbul edir və bu raketlərin yenidən göndərilməsi gündəmdədir.


Buna baxmayaraq, son aylarda Ukrayna pilotsuz aparatlara üstünlük verir — çünki daha effektli, operativ və strateji zərbələr endirə biləcək bəzi digər silahların çatışmazlığı var. Odur ki, bu kütləvi istifadə həm taktiki, həm əməliyyat, həm də strateji xarakter daşıyır. Nəticədə Rusiya işğal olunmuş ərazilərində — məsələn, Krımda, Kubanda və Şimali Qafqazdakı bəzi regionlarda — yanacaq çatışmazlığı kimi problemlər görünməyə başlayıb; bu da pilotsuz aparatların təsirinin açıq göstəricisidir”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər